Peres “Barselona”ya məğlubiyyətdən sonra yeni qapıçı almağa qərar verib

İki gün əvvəl İspaniya çempionatının 11-ci turunda “Real” – “Barselona” matçı (0:4) baş tutub.

Komanda.az “realmadridexclusivo”-ya istinadən xəbər verir ki, Madrid komandasının ukraynalı qapıçısı Andrey Luninin oyuna start heyətdə başlayaraq 4 qol buraxması klub prezidenti Florentino Peresi yeni qolkiper almaq barədə düşünməyə vadar edib.

Peres bu matçdan sonra rəqabəti artırmaq üçün daha bir qapıçı almağa qərar verib. Söhbət “Lill”dən Luk Çevalierdən gedir. Luninin “Real”la müqaviləsinin uzadılmasına baxmayaraq, klub onun gedişini istisna etmir. Tibo Kurtuanın tez-tez zədələnməsini nəzərə alsaq, Çevalier yaxın gələcəkdə “Real”ın sıralarına qoşulmağa namizəddir.

Çevalier cari mövsümdə 16 oyun keçirib, 15 qol buraxıb və 7 oyunda qapısını toxunulmaz saxlaya bilib. Onun 22 yaşı var. “Transfermarkt” portalı fransalı qolkiperi 25 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button