“Bəzi futbolçular Nuri Şahinlə işləmək istəmir” – Keçmiş futbolçu

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Ditmar Hamann baş məşqçi Nuri Şahinin Dortmund “Borussiya”sının oyunçuları ilə olan münasibətindən danışıb.

Komanda.az “goal”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu hesab edir ki, türk çalışdırıcının “Borussiya”nın futbolçuları ilə münasibətləri yaxşı deyil:

“Artıq Edin Terziçi görmək istəməyən bir çox oyunçu var idi, lakin o, son illərdə “Borussiya”nın ən uğurlu məşqçisi idi. İndi komandada yeni məşqçi var və məndə belə təəssürat yaranır ki, bəzi futbolçular artıq onunla işləmək istəmir. Oyunçulara klubda həddən artıq səlahiyyət verilib. Amma onlar yalnız işçilərdir, bu, onların işi deyil. Düşünürəm ki, bir və ya iki oyunçu vəziyyətdən istifadə edir”.

36 yaşlı mütəxəssis cari mövsüm başlamazdan əvvəl Edin Terziçi əvəzləyərək “Borussiya”nın “sükanı arxasına” keçib. Komanda son vaxtlar yaxşı nəticə göstərmir ki, bu da növbəti baş məşqçi dəyişikliyindən danışmağa səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button