Arteta: “Biz bu vəziyyətdə olmaq istəmirdik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının turnir cədvəlində “Mançester Siti”dən geri qalmalarını şərh edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu vəziyyətdə olmaq istəmədiklərini bildirib:

“Biz bu vəziyyətdə olmaq istəmirdik. Komandam sağdır və bu 5 xallıq fərqi aradan qaldırmaq istəyirik. “Liverpul”la görüşdə üç xal qazanmalı idik. “Arsenal” bunu edə bilmədi, amma biz düzgün yoldayıq”.

“Arsenal” – “Liverpul” matçı 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “topçular” lider “Mançester Siti”dən 5 xal geri qalırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button