Ərəblər 100 milyon avro ödəməyə hazırdırlar – “Vest Hem”in hücumçusu üçün

“Vest Hem”in hücumçusu Məhəmməd Kudus karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, afrikalı futbolçunun transferində Səudiyyə Ərəbistanının bir neçə klubu maraqlıdır. Potensial alıcılar Kudus üçün 100 milyon avro ödəməyə hazırdırlar.

24 yaşlı forvard “Vest hem”ə “Ayaks”dan 43 milyon avroya keçib. Onun London klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button