“Mən Hummelsi ehtiyat oyunçu kimi görürəm” – “Roma”nın baş məşqçisi

“Roma”nın baş məşqçisi İvan Yuriç komandanın yeni müdafiəçisi Mats Hummels haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı oyunçunu əsas heyət üzvü kimi görmədiyini deyib:

“Bu, mənim Hummelslə bağlı qərarımdır. Mən Hummelsi əsas heyətdən kimisə əvəz edə biləcək ehtiyat oyunçu kimi görürəm. Onun hələ şansı olacaq”.

35 yaşlı müdafiəçi bu ilin yayında “Roma”ya azad agent kimi keçib. Tərəflər arasında 2024/2025 mövsümünün sonuna qədər olan müqavilə bağlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button