Balotelli İtaliya klubu ilə anlaşıb
Mario Balotelli tezliklə İtaliya A Seriyasına qayıda bilər.
Yayda Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılan italiyalı futbolçu o vaxtdan azad agent statusundadır.
“Cenoa” oktyabrın əvvəlində 34 yaşlı oyunçuya təklif göndərib, lakin klub müqavilənin mümkünlüyünə tam əmin olmadığı üçün danışıqlar uzanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Balotellinin gələcəyi yaxın vaxtlarda müəyyənləşəcək. Bu gün “Cenoa” ona yekun cavab verməlidir. O, İtaliya klubuna keçməyə hazırdır və artıq təklif olunan şərtlərlə razılaşıb.
Balotellinin “Cenoa” ilə müqaviləsi mövsümün sonuna qədər davam edəcək və onun maaşı ildə təxminən 250 min avro+150 min bonus olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin