De Bruyne MLS klubuna keçə bilər
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne gələn il İngiltərə klubunu tərk edə bilər.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, belçikalı futbolçu “Mançester Siti” ilə gələcəyini müzakirə edir, lakin onun müqaviləsinin uzadılması ehtimalı azdır.
Eyni zamanda, De Bruyne Səudiyyə Ərəbistanı çempionatından çox, MLS-ə keçməyə üstünlük verir. Yarımmüdafiəçi ilə müqavilə imzalaması ən çox ehtimal olunan klub 2025-ci ildə MLS-də mübarizəyə başlayacaq “San Dieqo”dur.
33 yaşlı futbolçunun “şəhərlilər”lə hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin