ÇL: “Avropa yarışlarında həm səfərdə, həm də, evdə asan deyil”
“Aston Villa”nın baş məşqçisi Unay Emeri UEFA Çempionlar Liqasının 3-cü turunda “Bolonya” ilə oyundan (2:0) sonra fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı meydanda maksimum konsentrasiya ilə işlədiklərini bildirib:
“Biz meydanda maksimum konsentrasiya ilə işləyirik. Komanda oyundan-oyuna irəliləyiş göstərir. Görüşün əvvəlində bir neçə əks-hücumları buraxdıq, bundan sonra nəticə çıxardıq. Avropa yarışlarında həm səfərdə, həm də evdə asan deyil. Buna görə də, bütün 90 dəqiqə ərzində planınıza əməl etməlisiz”.
“Aston Villa” Çempionlar Liqasında keçirdiyi hər 3 görüşdə qələbə qazanaraq, liqa mərhələsində 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin