“Bayern” aparıcı futbolçusunun maaşını azaltmaq istəyir
“Bayern” klubu Coşua Kimmixlə yeni müqaviləni müzakirə etməyə davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu Kimmixlə maaşının azaldılması ilə bağlı razılaşmaq istəyir, amma bu, asan olmayacaq.
28 yaşlı futbolçu Vensan Kompaninin rəhbərliyi altında əsas rol oynayır və özünü komanda üçün vacib oyunçu hesab edir. Tərəflər arasında danışıqlar davam edir.
Almaniyalı yarımmüdafiəçi hazırda ildə təxminən 15 milyon avro və 5 milyon bonus qazanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin