Rüdiger “Real”dan sonra hara gedəcəyinə qərar verib

Almaniya millisinin və “Real”ın müdafiəçisi Antonio Rüdiger “kral klubu”ndan ayrıldıqdan sonra karyerasını harada davam etdirəcəyinə qərar verib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatına yola düşəcək.

Rüdiger karyerasının sonunda ona Yaxın Şərqdə təklif edilə biləcək böyük bir müqaviləyə imza atmaq istəyir. O, “Real”la əməkdaşlıq şərtlərini tam yerinə yetirməyi planlaşdırır, bundan sonra klubdan ayrılacaq. Tərəflər arasındakı müqavilə 2026-cı ildə başa çatacaq.

31 yaşlı müdafiəçi İspaniya çempionatının cari mövsümündə 10 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button