“Mənim İngiltərədə olmağım Ukraynada olmağımdan daha faydalı olacaq”
“Arsenal”ın müdafiəçisi Aleksander Zinçenko Ukraynadakı müharibə vəziyyətini şərh edib.
Komanda.az “Guardian”-a istinadən xəbər verir ki, ukraynalı futbolçunun İngilərədə olmasının Ukraynadakı müharibədə olmasından daha çox faydalı olacağını bildirib:
“Mənim İngiltərədə olmağım Ukraynada olmağımdan daha faydalı olacaq”.
Zinçenko “Şaxtyor”un yetirməsidir. 27 yaşlı müdafiəçi 2016-cı ildə bir neçə dəfə İngiltərə Premyer Liqasının çempionu olduğu “Mançester Siti”yə keçib.
Zinçenko 2022-ci ilin yayından “Arsenal”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ildə başa çatacaq.
“Arsenal” bu gün Çempionlar Liqası çərçivəsində “Şaxtyor”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin