Totti: “Məni A Seriyasına dəvət edən klublar var”

48 yaşlı sabiq futbolçu Françesko Totti bu il A Seriyası klublarından dəvət aldığını söyləyib.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu onu A Seriyasına oynamağa dəvət edən komandaların olduğunu bildirib:

“Hazırkı A Seriyasının səviyyəsini nəzərə alsaq, düşünürəm ki, bu gün də meydanda sakitcə öz sözümü deyə bilərdim. Məni A Seriyasına dəvət edən klublar var. Düzünü desəm, bu barədə düşündüm. Yəqin ki, bu, bir az çətin olardı, amma heç vaxt “heç vaxt” deməyin”.

Tottinin karyerasında sonuncu klubu “Roma olub. O, bütün karyerasını “Roma”da keçirib və 2017-ci ildə karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button