“İnter” “Yuventus”la oyuna ciddi itkiylə çıxacaq

İtaliya A Seriyasının növbəti turunda “İnter” və “Yuventus” qarşılaşacaq. Milan klubu böyük ehtimalla, aparıcı yarımmüdafiəçisi Hakan Çalhanoğlusuz oynayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu “Roma” ilə oyunda zədələnib.

Çalhanoğlu Çempionlar Liqasında “Yanq Boyz”la matçı mütləq buraxacaq. Amma təkcə bu yox – çox güman ki, sağalması baxımından hansısa möcüzə baş verməsə, “Yuventus”a da qarşı oynaya bilməyəcək.

“İnter” İtaliya çempionatının turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button