“Çelsi” ukraynalı futbolçu üçün 78 milyon avro ödəməyə hazırdır
“Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Daily Express”-ə istinadən xəbər verir ki, ukraynalı futbolçu “Çelsi”nin maraq dairəsindədir. London klubunun rəhbərliyi Sudakova ciddi şəkildə göz dikib və onun transferi üçün 78 milyon avro təklif etməyə hazırdır.
22 yaşlı futbolçu 2024/25 mövsümündə 11 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin