MS İtaliya klubunun futbolçusu ilə maraqlanır

“Torino”nun yarımmüdafiəçisi Samuele Ricci “Mançester Siti”nin maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” italiyalı futbolçunu çarpaz bağ zədəsi səbəbindən mövsümün sonuna qədər sıradan çıxmış yarımmüdafiəçi Rodri Hernandesin əvəzləyicisi kimi nəzərdən keçirir.

23 yaşlı yarımmüdafiəçinin transferində “Real” da maraqlıdır. Madrid klubu “Mançester Siti”nin planlarına mane ola bilər.

Riccinin “Torino” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button