“Barselona”nın prezidenti Olmonu neçəyə aldıqlarını açıqladı

“Barselona”nın prezidenti Xuan Laporta yayda “Leyptsiq”dən yarımmüdafiəçi Daniel Olmonu hansı qiymətə aldıqlarını açıqlayıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri əvvəllər investisiyalarla bağlı problemlərinin olduğunu bildirib:

“Əvvəllər investisiyalarla bağlı problemlərimiz var idi, lakin bu vəziyyətlə idman direktorumuz Deku məşğul olurdu. Bizim yeganə alışlarımız Olmo və Pau Viktor idi. Biz böyük alışlar üçün 50 milyon avro məbləğində müzakirələr apardıq, lakin Olmo bizə 47 milyona başa gəldi”.

“Barselona”nın daha əvvəl 26 yaşlı ispaniyalı futbolçu üçün 55 milyon avro ödədiyi barədə məlumatlar ortaya çıxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button