“Cenoa” ilə danışıqlar aparırıq” – Balotellinin nümayəndəsi

Mario Balotelli hələ də A Seriyasına qayıtmağa ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Cenoa” 34 yaşlı oyunçu ilə müqavilə imzalamaqda maraqlıdır, lakin danışıqlar dalana dirənib. Bununla belə, italiyalı forvardın nümayəndəsi sövdələşmənin baş tutacağını istisna etmir:

“Biz “Cenoa” ilə danışıqlar aparırıq. Klub prezidenti çoxdan ona heyran olub. Yekun qərarı gözləyirik. “Cenoa”nın seçimi “Bolonya” ilə oyundan sonra məlum olacaq”.

“Cenoa” – “Bolonya” matçı bu gün saat 17:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button