İngiltərə klubu “sükan”ı Moyesə tapşırmaq istəyir

David Moyes İngiltərə Premyer Liqasında işə qayıda bilər.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “Kristal Pelas” şotlandiyalı mütəxəssislə maraqlanır. London klubu Oliver Qlasnerin rəhbərliyi altında uğursuz startdan sonra baş məşqçini dəyişmək barədə düşünür.

“Kristal Pelas” hazırda Premyer Liqanın turnir cədvəlində 18-ci yerdədir. Komanda keçirdiyi 7 oyunda 3 heç-heçə və 4 məğlubiyyət əldə edib.

Londonlular növbəti matçını oktyabrın 21-də səfərdə “Nottingem Forest”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button