Lukaku: “Mən Droqba kimi deyiləm”

“Napoli”nin və Belçika millisinin futbolçusu Romelu Lukaku Fil Dişi Sahilidən olan keçmiş hücumçu Didye Droqba ilə müqayisə edilməsinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı forvard, Droqba kimi olmadığını söyləyib:

“Premyer Liqada məni müəyyən çərçivəyə itələdilər. Onlar mənim böyük bədən quruluşum olduğunu gördülər və dərhal ikinci Droqba adlandırmağa başladılar. Amma mən onun kimi deyiləm. O, ötürmənin haradan gəlməsindən asılı olmayaraq, topa yapışaraq daha çox arxası ilə oynayırdı. Məndə belə bir üslub yoxdur”.

Lukaku İtaliya çempionatının cari mövsümündə 5 görüşdə iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button