“Bu, 1:0-a gözəl cavab idi” – Xorvatiya millisinin baş məşqçisi

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının 4-cü turunun Polşa yığması ilə oyunu haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı, hər bir halda, bunun 1:0 hesabına gözəl cavab olduğunu bildirib:

“3:1 öndə idik və yaxşı oynayırdıq. Lakin sonra qol buraxıb polşalıların oyuna qayıtmasına icazə verdik. Amma hər bir halda, bu, 1:0-a gözəl cavab idi”.

Görüş dünən baş tutub. Xorvatiya milli komandası 26-cı dəqiqəyə kimi 3:1 öndə olsa da, yekun nəticə heç-heçə olub – 3:3. Xorvatlar 76-cı dəqiqədən etibarən, qapıçı Dominik Livakoviçin meydandan qovulmasından sonra azlıqda qalıb.

Xorvatiya millisi daha əvvəl keçirilən ilk oyunda polşalılara 1:0 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button