“Karyeramda növbəti fəsil üçün hazıram” – Terziç

Dortmund “Borussiya”sının keçmiş baş məşqçisi Edin Terziç işinə qayıtmağa hazır olduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunu deyib:

“Mən karyeramda növbəti fəsil üçün hazıram. Bu fəslin harada və nə vaxt başlayacağını bilmirəm, amma hazıram. Mən gənc məşqçiyəm və üç mövsümün hər birində komandam kuboklar uğrunda mübarizə aparırdı. Xoşbəxtlikdən, ilk ildə Almaniya kubokunu qazana bildim. Daha sonra təkcə qol fərqinə görə Bundesliqada ikinci olduq və üçüncü mövsümümüzdə Çempionlar Liqasının finalına yüksəldik. İndi mən yeni çağırış etmək istəyirəm”.

Terziç Çempionlar Liqasının finalına yüksəldiyi “Borussiya”nı 2023/24 mövsümünün sonunda tərk edib. Onun Erik ten Haqın yerinə “Mançester Yunayted”ə təyinatı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button