Azərbaycan yığması seçmə mərhələdə çıxışını darmadağınla başa vurdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

Komanda.az xəbər verir ki, F qrupunda yer alan millimiz 10-cu matçında İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bristol şəhərində yerləşən “Eşton Qeyt” stadionunda keçirilən görüş meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra komandamız 3 xalla qrupu 6-cı pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button