“Milan” ingiltərəli hücumçu ilə vidalaşmaq istəyir

“Milan” klubunun rəhbərliyi ingiltərəli hücumçu Temmi Abrahamı icarəyə götürdüyü “Roma”ya qaytarmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu oxşar profildə və mövqedə olan başqa bir hücumçu axtarır. Xüsusən, “Lill”in hücumçusu Conatan Davidin namizədliyi yenidən müzakirə olunur.

Kanadalı futbolçunun “Lill”lə müqaviləsi gələn il başa çatır və o, klubla anlaşmanı yeniləmək niyyətində deyil. Davidi təkcə “Milan” yox, başqa klublar da izləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button