“Abşeron”u çox yaxşı gördüm” – “Sərhədçi”nin baş məşqçisi

“Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya “Abşeron”la keçirilən yoxlama görüşündən sonra komandanın hazırlığını dəyərləndirib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan türkiyəli mütəxəssis matçın əvvəlində yaxşı oynamadıqlarını bildirib:

“Çox mübarizəli oyun oldu. İki komanda da çempionata hazır görünürdü. Bu matçlar komandalara müsbət təsir edir. Biz hesabda geri düşdük. Matçın əvvəlində hücumlara çıxış yaxşı alınmadı. İlk yarının sonuna qədər istədiyimiz kimi oyun göstərib bərabərliyi təmin etdik. Birinci hissədən sonra da düşündüyümüz hücumları həyata keçirib qalib gəldik”.

Məşqçi yaxşı mübarizə üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib:

“Abşeron”u çox yaxşı gördüm. Erhan Koç komandanı yaxşı hazırlayıb, çempionata rəng qatacaqlarını düşünürəm. Onlara uğurlar arzulayıram. Biz də yaxşı mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Oyunçularım yaxşı mübarizə apardılar. Bu gün meydanda “döyüşən” komanda var idi. Qazandıq və buna sevinirəm”.

Yoxlama görüşü “Sərhədçi”nin 82:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button