Zədəsini sağaldıb – “Valensiya” ilə matçda iştirak etmək istəyir

“Real”ın yarımmüdafiəçisi Brahim Dias noyabrın əvvəlində meydana qayıtmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşlu futbolçu noyabrın 2-də keçiriləcək İspaniya çempionatında “Valensiya” ilə oyun üçün heyətə düşəcəyini gözləyir.

Dias bundan əvvəl zədə almışdı və bu səbəbdən, uzun müddət meydandan kənarda qaldı. Bununla belə, o, bərpa müddətini qabaqlamağı bacarıb. 25 yaşlı yarımmüdafiəçi artıq fərdi məşq edir və bir-iki həftədən sonra meydana qayıtmağa ümidlidir.

Dias İspaniya çempionatının cari mövsümündə keçirdiyi 5 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button