MY Ten Haqı əvəzləməyə daha bir namizəd müəyyənləşdirib

Almaniyalı mütəxəssis Edin Terziç “Mançester Yunayted” rəhbərliyi tərəfindən komandanın baş məşqçisi Erik ten Haqın potensial əvəzedicisi hesab edilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi 41 yaşlı Terziçi namizədlərlə bağlı qısa siyahıya daxil edib.

Terziç 2020-2021 və 2022-24-cü illərdə “Borussiya”ya rəhbərlik edib. Bu müddətdə Dortmund komandası onun rəhbərliyi altında Almaniya kubokunu və superkubokunu qazanıb.

MY Ten Haqın rəhbərliyi altında uğursuz çıxış edir və onun tezliklə qovulacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button