Dadaşov dubl etdi, komandası mərhələ keçdi

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyundiyi “Dinamo”(Berlin) Berlin kubokunda 3-cü turun oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “Dinamo” “Lixtenberq”lə qarşılaşıb və 5:0 hesablı qələbə qazanıb.

Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, bu görüşdə dubla imza atıb. Futbolçu 47 və 78-ci dəqiqlərdə rəqib qapısına yol tapıb.

Bununla da, “Dinamo” ardıcıl 3-cü oyunda da qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button