Slovakiya millisi Bakıya 3 itki ilə gəlir
Slovakiya millisi UEAF Millətlər Liqasının C1 qrupunun 4-cü turunda Azərbaycanla Bakıda keçirəcəyi oyundan əvvəl üç itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Slovakiya millisinin çalışdırıcısı Françesko Kalzona İsveçlə matçda (2:2) zədələnən Adam Obert, eləcə də, növbəti dəfə cəzalanan Denis Vavronun xidmətindən istifadə edə bilməyəcək.
Matuş Bero isə dünənki məşqdə zədələnib.
Azərbaycan – Slovakiya oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin