“Kiminsə 39 və ya 17 yaşında olmasının fərqi yoxdur” – Modriç
“Real”ın yarımmüdafiəçisi Luka Modriç yaşının onun oyununa nə qədər təsir etməsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, kiminsə 39 və ya 17 yaşında olmasının fərqinin olmadığını bildirib:
“İnsanlar həmişə mənim yaşımdan danışır? Kiminsə 39 və ya 17 yaşında olmasının fərqi yoxdur. Meydandakı performans həmişə rəhbər olmalıdır və mən buna sadiq qalıram. Bu məni nə qədər narahat etsə də, insanların dediklərinə reaksiya verə bilmərəm”.
39 yaşlı yarımmüdafiəçi yayda “kral klubu” ilə müqaviləsini bu mövsümün sonuna kimi uzadıb. O, 2012-ci ilin yayından – “Tottenhem”dən keçdiyi vaxtdan “Real”da çıxış edir.
Modriç bu mövsüm İspaniya çempionatında 9 matçda 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin