Qasperininin “qızıl top”a əsas namizədi odur

“Atalanta”nın baş məşqçisi Can Pyer-Qasperini bu il “qızıl top”a kimin daha çox layiq olduğunu açıqlayıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcının seçimi “Atalanta”nın futbolçusu Adama Lukmandan yanadır:

“Mən “qızıl top”u kimə verərdim? Adama Lukman! Bu futbolçu öz oyunu ilə “Atalanta”ya Avropa Liqasını qazanmağa kömək etdi”.

“Qızıl top”a əsas namizəd “Real”da çıxış edən braziliyalı hücumçu Vinisius Junior hesab olunur.

Lukman 2023/24 mövsümündə “Atalanta”nın heyətində 45 matçda iştirak edib, 17 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button