Ronaldo Nadala təşəkkür etdi

Braziliya millisinin və “Real”ın sabiq hücumçusu Ronaldo karyerasını bitirdiyini açıqlayan ispaniyalı tennisçi Rafael Nadala təşəkkür edib.

Komanda.az xəbər verir ki, braziliyalı keçmiş futbolçu sosial şəbəkə hesabındakı paylaşımında Nadala təşəkkür edib:

“Rafael, sən həm tennis kortunda, həm də, kənarda əsl fenomensən. Sənin kubokların təkcə böyük istedaddan deyil, həm də, böyük ürəkdən və çoxlu zəhmətdən danışır. Səni “dostum” adlandırmaq şərəfdir. Etdiyin hər şeyə görə təşəkkür edirəm”.

Nadal oktyabrın 10-da, 38 yaşında karyerasını bitirdiyini açıqlayıb. O, “Real” azarkeşidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button