Eriksen keçmiş klubuna qayıda bilər
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen gələn yay keçmiş klubuna qayıda bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, danimarkalı futbolçu “Ayaks”ın sıralarına qoşula bilər.
Eriksenin “Mançester Yunayted”lə müqaviləsi bu mövsümün sonunda başa çatacaq və rəhbərlik ona yeni müqavilə təklif etməyə həvəsli deyil.
32 yaşlı yarımmüdafiəçi azad agent olacaq, ona görə də, Amsterdam klubu onunla müqavilə bağlaya bilər.
Eriksen “Ayaks”ın yetirməsidir. O, 2013-cü ildə Niderland klubundan karyerasının ən parlaq illərini keçirdiyi “Tottenhem”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin