“Real” Karvahalla bağlı açıqlama yayıb
“Real”in müdafiəçisi Dani Karvahal dizindən əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb:
“Karvahal çarpaz bağlarını qırdıqdan sonra əməliyyat olundu. O, yaxın günlərdə bərpa prosesinə başlayacaq”.
32 yaşlı müdafiəçi bu yaxınlarda İspaniya çempionatında “Vilyarreal”la oyunda ciddi zədə almışdı.
İspaniyalı futbolçu cari mövsümda La Liqada 8 oyun keçirib, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin