Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan kubokunda yeni mövsümə start veriləcək.

Komanda.az xəbər verir ki, ilk olaraq 1-ci təsnifat mərhələsinin iki oyunu baş tutacaq.

2-ci Liqa təmsilçilərindən “Şahdağ Qusar”la “Kür-Araz” üz-üzə gələcək.

Günün digər qarşılaşmasında “Şəfa” ilə “Saatlı-Araz” komandaları qarşılaşacaq.

1-ci təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda keçiriləcək.

Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi

12 oktyabr

14:00. Şahdağ Qusar – Kür-Araz
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

16:30. Şəfa – Saatlı-Araz
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Gülağa Cabarov.
“ASK Arena”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button