Messi: “Bu, iyrənc oyun idi”

Argentina yığmasının kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində dünən keçirilən Venesuela millisi ilə matçda (1:1) meydanın durumu haqda danışıb.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bunun iyrənc matç olduğunu bildirib:

“Bu, iyrənc oyun idi. Ardıcıl iki ötürmə belə edə bilmədik, meydanda su olduğundan, top dayanırdı. Belə şəraitdə oynamaq çətindir”.

Oyun yarım saatlıq gecikmə ilə başlayıb: “Monumental de Maturin” stadionunun ot örtüyü yararsız vəziyyətdə olub. Belə ki, matçdan bir neçə saat əvvəl bölgəyə yağan güclü yağışdan sonra meydançanı su basıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button