“Atletiko”nun yeni futbolçusunun qiyməti 15 milyon avro ucuzlaşıb
“Transfermarkt” portalı İspaniya çempionatının bəzi futbolçularının qiymətini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko”nun hücumçusu Xulian Alvares ən çox ucuzlaşan futbolçu olub. Bu yay “Mançester Siti”dən Madrid klubuna keçən argentinalı futbolçunun qiyməti 15 milyon avro ucuzlaşıb və hazırda 75 milyon avro təşkil edir.
Ən çox ucuzlaşan futbolçular siyahısında ikinci yeri “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq, müdafiəçisi Andreas Kristensen və cinah oyunçusu Ansu Fati bölüşdürüb. Onların hər biri 10 milyon avro ucuzlaşıb. De Yonqun yeni qiyməti 60 milyon, Kristensenin 30 milyon, Fatinin isə 15 milyon avrodur.
Hazırda İspaniya La Liqasının lideri “Barselona”dır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin