“Neftçi” rəsmisindən baş məşqçi məsələsi ilə bağlı açıqlama

“Neftçi” klubu bir müddət əvvəl ukraynalı baş məşqçi Roman Qriqorçukla yollarını ayırdı. “Ağ-qaralar” hazırda baş məşqçisizdir. Komandanın “sükanı arxasına” kimin keçəcəyi son günlərin əsas mövzularından biridir.

“Neftçi”nın mətbuat katibi Asəf Zeynallı Komanda.az-a açıqlamasında yeni baş məşqçi ilə bağlı çalışmaların davam etdiyini bildirib:

“Təbii ki, yeni baş məşqçi ilə bağlı çalışmalarımız, bu istiqamətdə müzakirələrimiz davam edir. Yeni baş məşqçinin yerli və ya əcnəbi olması ilə bağlı konkret bir şey deyə bilməyəcəm. Yeni məlumat olarsa, bu barədə klub tərəfindən ictimaiyyətə açıqlama veriləcək. Hazırda klubun mövqeyi belədir”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button