“Sabah”ın sabiq baş məşqçisi Rusiyada ayın ən yaxşısı seçildi
“Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar” komandasına rəhbərlik edən Murad Musayev Rusiya Premyer Liqasında sentyabr ayının ən yaxşısı seçilib.
Komanda.az Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, on ekspertdən doqquzu səsvermə zamanı məhz Musayevə üstünlük verib.
“Krasnodar” sentyabrda meydana çıxdığı 3 oyunda 9 xal toplayıb. Komanda hazırda 27 xalla Rusiya Premyer Liqasında turnir cədvəlinə başçılıq edir.
40 yaşlı rusiyalı mütəxəssis 2021-2024-cü illərdə “Sabah”da çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin