Azərbaycanın 13 boksçusu Avropa çempionatında qüvvəsini sınayacaq
Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək 22 yaşadək (U-22) boksçular arasında Avropa çempionatında qüvvəsini sınayacaq.
Komanda.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçilər korpusu yarışda 13 idmançıya şans verəcək.
Mükafatlar uğrunda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Amin Məmmədzadə (54 kq), Kamil Babayev (57 kq), Ruslan Qədirov (63,5 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq), Fərhad Şeydayev (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mehparə Məmmədov (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) mübarizə aparacaq.
Avropa çempionatında ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdiyev də yer alacaq.
Oktyabrın 12-də startı veriləcək turnir 9 gün davam edəcək.
Bizi Facebook-da izləyin