Sane İngiltərəyə qayıda bilər
Leroy Sanenin “Bayern”lə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir. Amma hər şey onun müqaviləni yeniləməyəcəyinə gətirib çıxarır, çünki indi o, komandanın əsas oyunçusu deyil.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Nyukasl” almaniyalı futbolçu ilə müqavilə imzalamaq istəyir. “Sağsağanlar” yanvarda 29 yaşı tamam olacaq vinger uğrunda mübarizədə üstünlüyə malikdir.
Sane cari mövsümdə “Bayern”in heç bir rəsmi oyununda start heyətində yer almayıb.
Almaniyalı yarımmüdafiəçi əvvəllər İngiltərədə çıxış edib. O, 2016-2020-ci illərdə “Mançester Siti”nin şərəfini qoruyub.
Daha əvvəl Sane ilə “Barselona”nın maraqlanması barədə məlumatlar yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin