İnzaqi “Mançester Yunayted”in təklifini rədd edib
“İnter”in baş məşqçisi Simone İnzaqi “Mançester Yunayted”in təklifi ilə maraqlanmayıb.
Komanda.az “FcInterNews”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Erik Ten Haqın potensial əvəzləyicisini axtarırlar və onlar Milan komandasının çalışdırıcısını prioritet namizədlərindən biri hesab ediblər.
İnzaqi keçən ay “Mançester Yunayted”də işləmək təklifi alıb. “Qırmızı şeytanlar”ın nümayəndəsi 48 yaşlı mütəxəssisə zəng vursa da, onun cavabı qısa olub:
“Xeyr, təşəkkür edirəm”.
İtaliyalı mütəxəssisin “İnter”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Milan nəhəngi onun rəhbərliyi altında 3 dəfə İtaliya superkubokunu, 2 dəfə yerli kuboku qazanıb.
İnzaqi “İnter”i bir dəfə İtaliya A Seriyasında çempionluğa daşıyıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin