“Ten Haq əla iş görür” – Moyes

“Mançester Yunayted”in keçmiş baş məşqçisi David Moyes komandanın çalışdırıcısı Erik ten Haqın işi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, britaniyalı mütəxəssis, Ten Haqın çətin vəziyyətdə yaxşı müqavimət göstərdiyini bildirib:

“Ten Haq çətin vəziyyətdə yaxşı müqavimət göstərir. Özünü idarə etdiyinə görə ona tərif deyilməlidir. Onun işi çox təzyiqlə gəlir. Mən demək istəyirəm ki, Erik əla iş görür”.

Ten Haqın komandası İngiltərə çempionatının son turunda səfərdə “Aston Villa” ilə heç-heçə edib (0:0).

“Qırmızı şeytanlar” Premyer Liqanın 7 turundan sonra 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button