İddia: Qrizmann Fransa millisinin uğurlu olmasını istəmir

Antuan Qrizmann bu yaxınlarda Fransa millisindəki karyerasını başa vurmaq qərarını açıqlamışdı.

Komanda.az “Transfer News Live”-a istinadən xəbər verir ki, fransalı forvard indi milli komandada işlərin pis getməsini istəyir. O, ümid edir ki, daha sonra Zinəddin Zidan millinin “sükanı arxasında” Didye Deşamı əvəz edəcək.

Daha əvvəl Qrizmannın yığmada Kilian Mbappenin kapitan seçilməsindən qəzəbləndiyi barədə məlumatlar yayılmışdı.

Fransa millisi bu ay UEFA Millətlər Liqasında İsrail (10 oktyabr) və Belçika (14 oktyabr) yığmaları ilə qarşılaşcaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button