Keçmiş futbolçusu “Barselona”dan 3 milyon avro tələb edir

“Barselona”nın sabiq hücumçusu Serxio Aquero əməkdaşlığın kəsilməsi ilə bağlı müqavilə çərçivəsində klubdan üç milyon avro tələb edib.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri Kataloniya klubunun 2023/24 maliyyə ili üçün hesabatına istinadən məlumat yayıb.

Aquero ürək problemlərinə görə müqaviləni pozduqdan sonra kataloniyalıların ona bu məbləği borclu olduğuna inanır. “Barselona” illik hesabatların təqdim edildiyi tarixdə müvafiq prosedur üçün Sosial Məhkəməyə verilib.

Argentinalı hücumçu 2021-ci ildə “Barselona”nın heyətində keçirdiyi 5 oyunda bir dəfə fərqlənməyi bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button