Balotelli İtaliya klubunun hədəfindədir

“Mançester Siti”nin və “Milan”ın keçmiş hücumçusu Mario Balotelli İtaliya A Seriyasına qayıda bilər.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “Torino” italiyalı forvardın xidmətinə maraq göstərir. O, azad agent kimi Turin klubuna keçə bilər.

“Torino” zədəli Duvan Zapatanın əvəzinə Balotellini nəzərdən keçirir. Zapata çarpaz bağlarını zədələyib və ən azı 7 ay yaşıl meydanlardan kənarda qalacaq.

34 yaşlı Balotellinin son iş yeri yayda tərk etdiyi Türkiyənin “Adana Dəmirspor” klubu olub. Onun transfer dəyəri 650 min avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button