İngiltərə klubunda yeni müqavilə
“Aston Villa”nın hücumçusu Con Duran klubu ilə yeni müqavilə imzalayıb.
Komanda.az Birmingem klubunun rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun müqaviləni 2030-cu ilə qədər uzatdığı, rəhbərliyin isə onun maaşında ciddi artım etdiyi bildirilib.
Duranla yayda Londonun iki klubu – “Çelsi” və “Vest Hem” maraqlansa da, tərəflər arasında anlaşma baş tutmamışdı. O, “Aston Villa”da qalaraq, yeni mövsümə “partlayış”la başlayıb. 20 yaşlı forvard yeni təqvim ilində keçirdiyi bütün turnirlərdə 10 matçda 6 qol vurub.
Duran “Aston Villa”da ikinci mövsümünü keçirir. O, əvvəllər MLS-də – “Çikaqo Fayr”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin