Azərbaycan millisi 2 yoxlama oyunu keçirəcək
AÇ-2026-ya hazırlıq məqsədi ilə Azərbaycanın futzal millisi noyabrda 2 yoxlama oyunu keçirəcək.
Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu dəfə Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.
Oyunlar noyabrın 4 və 5-də Zenitsa şəhərində yerləşən Huseyn Smayloviç adına arenada, yerli vaxtla saat 19:00-da start götürəcək.
Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin