Skoulz “Mançester Yunayted”i tənqid etdi: “Ağlasığmaz məbləğdə pul xərclənib”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz Mançester klubunun transfer siyasətini tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Klub hələ sübut olunmuş keyfiyyətdə deyil, gələcəyə ümid edir. Çoxlu pul xərcləndi. Transferlərə ağlasığmaz məbləğdə pul xərclənib, lakin alınan oyunçuların bəziləri komandaya kömək edə bilmir”.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 7 turundan sonra turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” son matçda “Aston Villa” ilə oyunda (0:0) heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button