“Zirə”nin futbolçusu 100-cü oyununu keçirib

“Zirə”nin futbolçusu Ruan Renato Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Lqasının mətbuat xidmətinə istinadən xəbər veriir ki, 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 9-cu turuna təsadüf edib.

Renato “Turan Tovuz”la səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada keçirdiyi 100 oyunda 5 qol vurub.

Futbolçu Azərbaycanda iki komandada forma geyinib. “Qəbələ”də 59 görüşdə 4 qola sevinən müdafiəçi “Zirə”də keçirdiyi 41 qarşılaşmada 1 dəfə fərqlənib.

Onun debütü 2021/2022 mövsümünə təsadüf edib. Renato 2021-ci il avqustun 15-də “Neftçi” – “Qəbələ” oyununda (2:2) meydana çıxıb.

“Turan Tovuz” – “Zirə” görüşündə meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button