“Hücumlarımızı daha da çoxaltmalıyıq” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan “Qarabağ”la ev oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Bir xalla ayrılsaydıq, daha sevincli olardıq. Amma futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardıq, rəqibə epizod verməməyə çalışdıq. Futbolçularım nələri varsa, meydanda qoydular. Bəxtin gətirməlidir ki, belə qol buraxmayasan. Rəqibin 100 faizli qol imkanları yadıma gəlmir. Düzdür, oyuna nəzarət edən tərəf “Qarabağ” idi. Bugünkü mübarizəyə görə futbolçularımdan razıyam. Digər matçlara hazırlaşacağıq.

Hücumçulardan istədiklərimizi ala bilmirik. Problem sırf hücumçularımızdadır. Baş məşqçinin işi nədir? Həmin problemləri görüb, komandanın epizodlar yaratması üçün bunun üzərində işləsin. O yöndə işləyəcəyik. Hansısa futbolçunun yerinə gedib hücumda dayanıb, vurası deyilik. Hücumçuları dəyişib, başqa oyunçuları orada oynada bilərsən. Hər iki hücumçumuzda problem var. Hücumlarımızı daha da çoxaltmalıyıq. O qədər epizod yaratmalıyıq ki, birini vuraq. Bu yöndə işləyəcəyik. Məncə, hücum yaratmaqda problemimiz yoxdur. Sadəcə sonluğu gətirə bilmirik. Firkimizi başqa futbolçulara yönəldəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button